45 gün ərzində hər şey alt-üst ola bilər - ABŞ üçün “qiyamət” GƏLDİ

16 Aprel 2020 16:20 (UTC+04:00)

ABŞ koronavirus pandemiyasına görə tarixinin ən böyük iqtisadi böhranı ilə üz-üzə qalıb.

Publika.az
xəbər verir ki, 2008-ci il qlobal maliyyə böhranını bir il öncədən proqnozlaşdıran investisiya üzrə məsləhətçi Alan Lanz koronavirusun heç nəyə bənzəmədiyini deyib və investorlara ehtiyatlı olmağı tövsiyə edib.

“Pandemiya ABŞ-da təkcə həyat tərzinə təsir etmir, həm də ABŞ-ın qlobal miqyasda ikinci sıraya düşməsinə səəb ola bilər. Birjalar vacib dönüş nöqtəsindədir. Qarşıdakı 45 gün ABŞ-ın maliyyə tarixi üçün ən böhranlı dövr ola bilər. Orta hesabla hər 10 ildə bir böhranlı vəziyyətlə üzləşsək də, budəfəki vəziyyət digərlərinə bənzəmir”, - o bildirib.

Asif