Bakıda dəhşətli yol qəzası - FOTOLAR

17 Aprel 2020 13:30 (UTC+04:00)

Bu gün Bakı şəhərində ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Kənar dairəvi yolda - Lökbatan qəsəbəsi istiqamətində 3 avtomobil toqquşub. Zərbənin gücündən "Ravon Nexia R3" markalı avtomobil aşıb.

Hadisə zamanı digər avtomobillərə də ciddi ziyan dəyib.

Ölən və yaralalanlar barədə hələlik fəqiq məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyi hadisənin baş verdiyi ərazidə tıxac yarandığını bildirib.