General ilk dəfə Milli Məclisdə hesabat verəcək

20 Aprel 2020 10:47 (UTC+04:00)

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun Milli Məclisdə illik hesabat verəcəyi vaxt müəyyənləşib.

Milli Koordinatorun mayın 8-də Milli Məclisə illik hesabat təqdim etməsi gözlənilir.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək. (report)