Tanınmış həkim koronavirusla bağlı səhv proqnoz verdiyini etiraf etdi

22 Aprel 2020 12:29 (UTC+04:00)

Koronavirus məlumat mərkəzinin nümayəndəsi, həkim Aleksandr Myasnikov Rusiyada xəstəliyin yayılma dinamikası və onun zirvəsi ilə bağlı proqnozunun səhv olduğunu söyləyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bunu “Rusiya-1” kanalındakı “Ən vacib şey haqqında” verilişində deyib:

“Təxminən bir ay sonra proqnozlaşdırmağa başladıq. İndi məlum oldu ki, may ayına qədər yüksəlir, amma mayın sonuna qədər enəcəyik. Virus yanıb qurtarmayana qədər sönməyəcək”.

Həkim eyni zamanda qeyd edib ki, koronavirus infeksiyasının yayılma müddətini, xüsusilə xəstəliyin zirvəsini proqnozlaşdırmaq çətindir. O, insanları infeksiyanın yayılma təhlükəsinin qarşısı alınana qədər “Ən yaxşısını gözləməyə” çağırıb.

Aytən Məftun