Daha bir ölkədə koronaya yoluxanların sayı 150 mini keçdi - Şok rəqəmlər

26 Aprel 2020 22:27 (UTC+04:00)

İngiltərədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

Publika.az xəbər verir ki, ölkədə COVİD-19 səbəbiylə ölənlərin sayı son sutka ərzində 413 nəfər artaraq 20 732-yə çatıb.

Yoluxanların isə sayı 4 463 nəfər artaraq 152 840-a yüksəlib

Qeyd edək ki, gün ərzində 29 min 58 test aparılıb.

Sahib / Publika.az