Rəsmi orqanların qəbul etdiyi qərarlara mötəbər yanaşılmalıdır - Şərh

27 Aprel 2020 21:59 (UTC+04:00)

"Karantin qaydalarının tədricən yumşaldılması qərara alınıbsa, deməli, hazırkı vəziyyətdən ən real çıxış yolu budur".

Bunu Publika.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor vurğulayıb ki, vətəndaşlarımız sosial məsafə və izolyasiya tədbirlərinə əməl etməli, rəsmi orqanların qərarlarına ehtiram göstərməlidirlər: "Pandemiyanın fəsadlarının aradan qaldırılması ilə bağlı proseslər sistemli və düzgün icra edildiyindən, hesab edirəm ki, yumşalma prosesi ilə bağlı da effektli qərar görəcəyik. İndiki şəraitdə ictimaiyyət rəsmi orqanların qəbul etdiyi qərarlara tam şəkildə mötəbər yanaşmalı və etimad göstərməlidir.

Əgər dövlət orqanları və şəxsən cənab Prezidentin özü karantin rejiminin əvvəlcə sərtləşdirilməsi və sonra şəraitdən asılı olaraq tədricən yumşaldılmasını vacib bildisə, deməli, real çıxış yolu bundan ibarətdir".

Məhərrəm Əliyev