ABŞ üçün çarxlar TƏRSİNƏ DÖNDÜ: müharibədəkindən daha çox insan öldü

29 Aprel 2020 10:06 (UTC+04:00)

Yeni tip koronavirus pandemiyası ABŞ-da Vyetnam müharibəsindən daha çox itkilərə səbəb olub.

Publika.az xəbər verir ki, virus ölkədə 59 mindən çox can alıb.

Milli Arxivin qeydlərinə görə, Vyetnam müharibəsində isə 58 min 220 amerikalı həlak olub.

ABŞ-da COVİD-19-dan ölüm faizi hər 100 min nəfərə 17,6-dır. Vyetnam müharibəsinin ən qızğın vaxtı olan 1968-ci ildə isə bu rəqəm hər 100 min nəfərə 8,5 faiz olub.

COVİD-19 pandemiyasının qlobal mərkəzi mövqeyinə gələn ABŞ-da 1 milyon 35 min 765 nəfər koronavirusa yoluxub, 59 min 266 nəfər dünyasını dəyişib. 142 min 238 nəfər sağalıb. 5 milyon 919 min 847 nəfər testdən keçirilib.

Zümrüd