Ermənistanda RÜSVAYÇILIQ: Vəzifəlilər küçədə əlbəyaxa oldu

30 Aprel 2020 02:28 (UTC+04:00)

Bu gün Ermənistanın paytaxtı İrəvanda parlamentin sədr müavini Alen Simonyan ilə “Adekvad” ictimai-siyasi təşkilatının üzvü Artur Danielyan arasında dava olub.

Axar.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan məlumat yayıb.

Onun sözlərinə görə, Danielyan və yanında olan iki sürücü hücuma məruz qalıb. Danielyan xəstəxanaya aparılarkən ona yenidən hücum edilib.

Melikyan Denielyanın tibbi yardıma ehtiyacı olduğunu söyləyib.

Simonyan isə açıqlamasında bildirib ki, təhqir edildiyi üçün Danielyanla dava edib:

"Onun burnu əzildi, mənim isə maşınım".