Bakıda QORXUNC HADİSƏ: qaz borusuna çırpılan avtomobil alovlandı

30 Aprel 2020 09:09 (UTC+04:00)

Bakı şəhərinin Nərimanov rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarındakı qaz borusuna çırpılıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində avtomobilin mühərrik hissəsi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.