İlham Əliyev Akif Əsgərovu ordenlə təltif etdi

30 Aprel 2020 16:30 (UTC+04:00)

Prezident İlham Əliyev Akif Əsgərovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilir.