Pandemiya yoxsulluqla savaşan ölkələri borc bataqlığına sürükləyir - ŞOK SİYAHI

7 May 2020 11:09 (UTC+04:00)

Keniya və Uqanda koronavirus pandemiyası ilə mübarizə üçün Beynəlxalq Valyuta Fondundan (BVF) borc götürəcək.

Publika.az xəbər verir ki, bu barədə BVF prezidentinin müavini Tao Zamq yazılı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, BVF İdarə Heyəti COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Keniyaya 739 milyon ABŞ dolları ayrılmasını qəbul edib. Əlavə olunub ki, Keniya hökuməti koronavirusun səhiyyə və iqtisadiyyat sahələrinə təsiri ilə mübarizə aparmaq üçün qətiyyətli addımlar atıb, amma proses onu xarici maliyyə dəstək ehtiyacına itələyib.

Üçüncü müharibə başlayır: dinlər yox olacaq, ölkələr belə dağılacaq, koronavirus ABŞ və Çini... – MÜSAHİBƏ

Bundan başqa, Uqandanın pandemiya ilə mübarizə üçün BVF-dən 491 milyon dollar borc alacağı bildirilib. Bu borc ilə dövlət büdcəsinə dəstək vermək və təcili ödənişlərin balansda saxlanması hədəflənir.

Qeyd edək ki, Afrika ölkələri arasında Malavi, Benin, Burkina Faso, Mərkəzi Afrika Respublikası, Çad, Komor Adaları, Demokratik Konqo Respublikası, Qambiya, Qvineya, Qvineya-Bissau, Liberiya, Madaqaskar, Mali, Mozambik, Nigeriya, Ruanda, San-Tome və Prinsipi, Sierra Leone və Toqo BVF-dən borc götürüb.

Zümrüd