Sabiq baş nazir beyin əməliyyatı KEÇİRDİ

8 May 2020 08:41 (UTC+04:00)

Türkiyənin sabiq Baş naziri və Ana Vətən Partiyasının (ANAP) sədri Mesut Yılmaz özəl xəstəxanaların birində beyin əməliyyatı keçirib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda baş nazirin vəziyyətinin yaxşıya doğru getdiyi bildirilir.

Məsud Yılmaz, beynin kökündə aşkar edilən şiş səbəbiylə əməliyyata alınıb. Beyin şişi cərrahi müdaxilə ilə götürülüb.