Ümummilli liderin 97-ci ildönümünə həsr olunmuş onlayn konsert - VİDEO

10 May 2020 16:51 (UTC+04:00)

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn konsert keçirilib.

Publika.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllim-tələbə heyəti, eləcə də təhsilini xaricdə davam etdirən tələbələr çıxış edib.

Onlayn konsertdə ümummilli liderin sevdiyi mahnılar və Azərbaycanın görkəmli bəstəkarlarının məşhur əsərləri səsləndirilib.