İranda 7 min nəfər bu səbəbdən öldü

18 May 2020 15:14 (UTC+04:00)

İranda koronavirus səbəbilə dünyasını dəyişənlərin sayı 7 mini ötüb.

Publika.az xəbər verir ki, son 24 saat ərzində xəstəlikdən 69 nəfər ölüb və bununla da ümumi say 7 min 57-yə çatıb.

Son sutkada 2 min 294 nəfərə koronavirus diaqnozu qoyulub. Beləliklə, yoluxanların sayı 122 min 492-yə çatıb. Onlardan 2 min 712-nin vəziyyəti ağırdır. Bu günə qədər 95 min 661 nəfər sağalıb.

Qeyd edək ki, İranda koronavirus ilk dəfə Qum şəhərində 19 fevralda aşkarlanıb.

Zümrüd