Müğənninin qohumları koronavirusdan öldü

21 May 2020 04:22 (UTC+04:00)

66 yaşlı müğənni Lyubov Uspenskaya sosial şəbəkədə xaricdə yaşayan yaxınlarının koronavirus qurbanı olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, müğənni infeksiyadan ölən şəxslərin kimliyini açıqlamasa da, hazırda bir neçə dostunun COVİD-19-dan əziyyət çəkdiyini də bildirib.

Lyubov izləyicilərini karantin qaydalarına ciddi şəkildə əməl etməyə çağırıb.