Telefonunuzda fotolarınızı redaktə edə biləcəyiniz ƏN YAXŞI 10 TƏTBİQ

21 May 2020 09:28 (UTC+04:00)

Yaşadığımız anları ağıllı smartfonlarla yaddaşa həkk etməyimiz müasir texnologiyanın bizə bəxş etdiyi önəmli funksiyalardan biridir. Həmin fotoları xırda toxunuşlarla cazibədar etməyimiz üçün isə “Play Store” və “App Store”-da yüzlərlə tətbiq var. Fərqli xüsusiyyətləri ilə seçilən tətbiqləri sadaladığımız siyahını oxuyaraq, daha gözəl şəkillər əldə etmə imkanına malik olacaqsınız.

Publika.az “Android” və “Apple” istifadəçiləri üçün mobil fotoqrafiya sektorunda olan ən yaxşı 10 foto redaktə tətbiqlərini təqdim edir:

“VSCO”

Önə çıxan xüsusiyyətləri:

• Təkmilləşən foto redaktə vasitələri

• Pulsuz 10 redaktə və əsas parametrlər

• “Kəşf et” bölməsi ilə ilham verən fotolar


Ən çox yüklənən foto tənzimləmə tətbiqlərindən biridir. “İnstaqram” sosial şəbəkəsində olduğu kimi, redaktə edilmiş fotolarınızı xəbər lentində paylaşa bilərsiniz. Klişe filtrlərdən seçilən “VSCO” bənzərsiz filtrləri ilə sizi başqalarından fərqləndirəcək. Yalnız filtrləri ilə deyil, həm də işığın tənzimlənməsi kimi bir çox parametrlərin istifadəsinə imkan verən “VSCO”, DSLR zövqünü asanlaşdıraraq, ətrafınıza ən uyğun olan dəyərləri tənzimləməyinizə imkan verir.

“Adobe Photoshop Express”



Önə çıxan xüsusiyyətləri:

• Ləkə itirmə funksiyası

• Qırmızı göz korreksiyası

• Subyekti ön plana çıxararaq, arxa fonun bulanıqlaşdırılması

Tanınmış “Adobe” şirkətinin məhsuludur. Bu tətbiq vasitəsilə qırmızı göz xətası, rənglərin canlandırılması və hazır filtrlər kimi çox sayda funksiyadan yararlana bilərsiniz. Bəzi pulsuz xüsusiyyətlərdən faydalanmaq mümkündür. Lakin bütün funksiyaları əldə etmək üçün ödəniş etməlisiniz.

“Snapseed”



Önə çıxan xüsusiyyətləri:

• İstəyə bağlı filtr fırçası

• RAW versiyaların açılması

• Pulsuz istifadə imkanının genişliyi

“Google”-un ərsəyə gətirdiyi mobil foto tənzimləmə tətbiqidir. Ödənişsiz filtrləri ilə gözoxşayan “Snapseed” ən çox müsbət nəticə əldə edən tətbiqlərdən biridir. “Snapseed” tətbiqini digərlərindən ayıran ən əhəmiyyətli xüsusiyyətlərindən biri öz filtrlərinizi yarada bilmə imkanı verməsidir.

“Android” və “İOS”-a uyğun, sadə və stabil foto redaktə tətbiqi axtaranları hədəfləyən “Google”-un bu tətbiqinə istifadəçilər tərəfindən maraq böyükdür.

“Focos”



Önə çıxan xüsusiyyətləri:

“Flickr”



Önə çıxan xüsusiyyətləri:

“Prisma”



Önə çıxan xüsusiyyətləri:

“Adobe Photoshop Lightroom CC”



Önə çıxan xüsusiyyətləri:

Afterlight 2



Önə çıxan xüsusiyyətləri:

“PicsArt”



Önə çıxan xüsusiyyətləri:

“Hypocam”



Önə çıxan xüsusiyyətləri:

Şəkil tənzimləməsində sizə kömək edəcək tətbiqetmələrlə fərq etmək istəyənlərdən biri olsanız, onun interfeysi və xüsusiyyətlərinə əsaslanaraq sizin üçün ən uyğun mobil foto düzəliş tətbiqetməsini seçə bilərsiniz.

Qeyd edək ki, hansı proqramdan istifadə etməyinizdən asılı olmayaraq, bu sahədə peşəkar biri olmaq istəyirsinizsə, əvvəlcə perspektivinizi inkişaf etdirməlisiniz.

Məhərrəm Əliyev