Koronavirus üçün ilk genetik test HAZIRLANDI

22 May 2020 08:13 (UTC+04:00)

Brazilyanın nüfuzlu "Albert Eynşteyn" klinikası koronavirusu müəyyənləşdirmək üçün dünyanın ilk genetik testini hazırlayıb.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, yüksək dəqiqliyə malik olan analiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (PCT) Beynəlxalq patent sistemində ABŞ ərazisində patentləşdirilib. İyun ayından etibarən infeksiyanı müəyyənləşdirmək üçün istifadə olunacaq.

Tərtibatçılar bildiriblər ki, test 100% dəqiqliyə malikdir. Yanlış müsbət nəticələr göstərmir.

Bildirək ki, bu, kütləvi diaqnoz üçün istifadə edilə bilən ilk genetik testdir.