Bakıda BMW ağır qəza törətdi - ÖLƏN VAR

22 May 2020 11:30 (UTC+04:00)

Bakıda ağır yol-nəqliyyat hadisədi nəticəsində xəsarət alan şəxs 3 gün sonra ölüb.

Publika.az xəbər verir ki, mayın 18-də, saat 15 radələrində Binəqədi rayon ərazisində 1998-ci il təvəllüdlü Rəşad Şıxəliyev idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada 1956-cı il təvəllüdlü Zahid Məmmədovu vurub.

64 yaşlı piyada əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəzə, daha sonra isə özəl xəstəxanaya yerləşdirilib O, daha sonra ambulator müalicəyə yazılaraq evə buraxılıb. Lakin, Z.Məmmədov mayın 21-də yaşadığı mənzildə vəfat edib.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanıb, araşdırma aparılır.