"Airbus A320"nin qəza yerində sağ uşaq tapıldı - ÜRƏKDAĞLAYAN VİDEO

23 May 2020 04:21 (UTC+04:00)

Pakistanın "Airbus A320" təyyarəsinin qəzaya uğradığı yerdə sağ uşaq tapılıb.

Publika.az "Rossiya 24"ə istinadla xəbər verir ki, uşağın ailəsinin təyyarənin düşdüyü yerdə dağılan evlərin birində yaşadığı ehtimal edilir.

Hələlik valideynlərin kimliyi məlum deyil.

Bildirək ki, Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsi Kəraçi şəhəri yaxınlığında binalara çarpılıb.

Enişdən əvvəl pilot mühərrikdəki problemlər barədə dispeçerə məlumat verib.

Təyyarənin göyərtəsində 91 sərnişin və 8 ekipaj üzvü olub. Həlak olanların dəqiq sayı hələ müəyyənləşdirilməyib.

Kadrlarda körpənin dağıntılar altından necə çıxarıldığını göstərilir: