Keçmiş futbolçu qəzada öldü

24 May 2020 18:29 (UTC+04:00)

Fransanın “Oser” klubunun sabiq futbolçusu Fabris Lepol vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “Oser”in mətbuat xidməti məlumat yayıb. Lepol, mayın 22-də, avtomobil qəzasında ölüb.

Mərhum futbolçu 1993-1998 və 2000-2002-ci illər aralığında “Oser”də forma geyinib. O, 1995/96 mövsümündə Fransa çempionu olub.