Atasını son dəfə öpdü - Kövrəldən FOTO

24 May 2020 19:41 (UTC+04:00)

Almaniyadan Antaliyaya qızının və kürəkəninin yanına gələn 72 yaşlı Mustafa Torun bir göz qırpımında həyatla vidalaşıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, koronavirusla əlaqədar tətbiq edilən komendant saatı müddətində həyat yoldaşı ilə parka çıxan Mustafa Torun qəfil ürək tutmasından vəfat edib.

Atasının ölüm xəbərini eşidən Zeynep Tokür atasının cansız bədəninə sarılıb, üzündən dəfələrlə öpüb.