Karantinə alınan icra başçısından AÇIQLAMA: Mən də...

25 May 2020 16:32 (UTC+04:00)

Şamaxı rayon İcra Hakimiyyətinin (İH) başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, icra başçısı AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində çalışdıqlarını deyib.

O bildirib ki, digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür:

"O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.