Salyanda kanaldan qadın meyiti tapıldı

26 May 2020 19:25 (UTC+04:00)

Bu gün günorta saatlarında Salyan rayonunun ərazisində naməlum qadın meyiti aşkarlanıb.

Publika.az xəbər verir ki, təxminən 40-45 yaşlı qadının cəsədi rayonun Yenikənd kəndinin çöl torpaqlarında, drenaj kollektorun içərisindən tapılıb.

Naməlum cəsəd hazırda müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizasına təqdim olunub.

Faktla bağlı araşdırma aparılır. / Virtualaz.org