Nəsrin mini ətəkdə təmizlik etdi - FOTO/VİDEO

27 May 2020 01:56 (UTC+04:00)

Video əlavə olunub.

xxx

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə özünü koronavirusdan qorumaq üçün karantin günlərini evdə keçirir.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 37 yaşlı Cavadzadə dünən sosial mediada etdiyi yumoristik paylaşımı ilə gündəmə gəlib.

Bayrama görə evdə mini ətəkdə təmizlik işləri görən kino ulduzu paylaşdığı fotolara bu sözləri yazıb: "Siz küçələrdə sallana-sallana gəzən Nəsrin Cavadzadəni bəyənirsiniz. Amma çətin gündə təmizlik üçün yardımınıza bu Nəsrin Cavadzadə gəlir"