Qətərin məşhur tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

29 May 2020 00:12 (UTC+04:00)

Qətər Dövlətinin paytaxtı Doha şəhərinin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Publika.az xəbər verir ki, Şeraton otelinin binası üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunub.

28 May - Respublika günü münasibəti ilə baş tutmuş bu hadisə Qətərdə məskunlaşan soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb, şəhərin yerli və əcnəbi sakinlərinin marağına səbəb olub.

Xatırladaq ki, indiyəqədər 2 dövlətin bayrağı bu binada işıqlandırılıb.