ÜST koronavirusdan ölənlərin sayını AÇIQLADI

29 May 2020 02:18 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 100 mindən çox artıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 28-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 104 505 nəfər yeni koronavirusa yoluxub, 4 221 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 5 593 631, ölənlərin isə 353 334 nəfərə çatıb.