Bakıda şantajla məşğul olan şəxs tutuldu - 7300 manat alıb

29 May 2020 12:36 (UTC+04:00)

Bakıda şantajla məşğul olan şəxs tutulub.

Publika.az xəbər verir ki, Nərimanov RPİ-yə müraciət edən Bakı şəhər sakini N.Qubadov 2019-cu ilin dekabr ayından cari ilin aprel ayınadək olan müddətdə bir nəfərin ona hədə-qorxu gələrək 7300 manat pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini N.Qarayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.