Buzovnada "Jeep" ağır qəza törətdi - ÖLƏN VAR

29 May 2020 13:08 (UTC+04:00)

Mayın 28-də saat 11 radələrində Xəzər rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.