Beyləqanda faciə - Ata öldü, oğlu isə...

29 May 2020 13:19 (UTC+04:00)

Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Faktla bağlı araşdırma aparılır.