Koronavirus bu rayonlarda sürətlə ARTIR

29 May 2020 18:51 (UTC+04:00)

"Bakı şəhəri üzrə 47 faiz yoluxma faktı qeydə alınıb. Bu, təmas hallarının sıx olması ilə əlaqədardır".

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Son günlər Masallı, Salyan, Kürdəmir, Cəlilabad rayonlarında yoluxma halları artıb. Eyni zamanda Yasamal rayonunda da yoluxma halları artıb. Artım 14,5 faiz təşkil edib".