Küçəyə çıxma qadağası tətbiq oluna bilər - RƏSMİ

29 May 2020 19:43 (UTC+04:00)

"Bütün ölkə ərazisində sərt karantin rejiminin bərpası gündəm mövzusu deyil".

Publika.az xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Ayrı-ayrı bölgələrdə sərt karantin rejimi tətbiq oluna bilər. Eyni zamanda, bayram günlərində küçəyə çıxma qadağası tətbiq oluna bilər. Bu isə yoluxma halları 200-dən artıq olduğu halda tətbiq ediləcək".