Yaqut Qarayeva: "Təəssüflər olsun ki, insanlarımız inanmırlar"

29 May 2020 22:37 (UTC+04:00)

Evdə özünü müalicəyə cəhd bizim əsas problemlərimizdəndir. Buna cəhd edənlər azalsa da, yenə də var.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, hazırda xaricdən gələn 8 000 vətəndaşımız karantin mərkəzlərindədir:

"Təəssüflər olsun ki, insanlarımızın inanmaması, tələblərə əməl etməməsi davam edir. Ölkəmizdə epidemoloji vəziyyət sabit və stabildir. Biz buna güvənərək sərtləşmə ilə bağlı deyil, yenidən yumşalma ilə bağlı qərarlar qəbul edirik".

O bildirib ki, virusun bizimlə nə qədər yaşayacağını bilmədiyimiz üçün həyatımızı virusla paralel təşkil etməyi öyrənməliyik:

"Bu səbəblə qaydalara əməl etməli, fərdi gigiyena tədbirlərini qorumalıyıq".