Moskvada alış-veriş mərkəzləri AÇILIR

30 May 2020 02:14 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada olan bütün ticarət mərkəzlərinin yenidən fəaliyyətə başlaması ilə əlaqədar qərar verilib.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, ticarət mərkəzlərinin daxilində olan yeməkxanalar, idman zalları və uşaqlar üçün nəzərdə tutulan zonalar bağlı qalacaq.

Şəhər rəsmilərinin verdiyi məlumata görə, 300 min nəfərə yaxın insan işə qayıdacaq.

Xatırladaq ki, bundan öncə şəhər meri Sergey Sobyanin iyunun 1-dən Moskvada qeyri-ərzaq mağazaları, kimyəvi təmizləmə və ayaqqabı təmiri emalatxanalarının açılacağını elan etmişdi.

Müştərilər və işçilər sosial məsafəyə riayət etməli, həmçinin maskalar və əlcəklər taxmalıdırlar.