ABŞ qarışdı - Etirazçılar polis məntəqəsini YANDIRDILAR / VİDEO

30 May 2020 03:22 (UTC+04:00)

Qaradərili amerikalı Corc Floydun qətlinə etiraz edən etirazçılar Minneapolis şəhərində polis məntəqəsini yandırıblar.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Corc Floydun polis tərəfindən zorakılıqla qətlə yetiriləməsindən sonra şəhərdə insident baş verib.

Gün ərzində nümayişçilər polis məntəqəsinə soxularaq binanı yandırıblar.

Hazırda Milli Qvardiya etirazçılara müdaxilə etmək üçün şəhərə göndərilib.