Dəhşətli intihar hadisəsi - NEFTÇALADA

30 May 2020 17:54 (UTC+04:00)

Neftçalada intihar hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Haqverdi kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Hüseynov Eldar Fazil oğlu yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.