Dünyada koronavirus qurbanlarının sayı 362 mini keçdi

31 May 2020 02:46 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 116 mindən çox artıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Mayın 30-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 116 048 nəfər yeni koronavirusa yoluxub, 5 017 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 5 817 385, ölənlərin isə 362 705 nəfərə çatıb.