Nyu Yorkda 200-dən artıq etirazçı saxlanıldı

31 May 2020 05:19 (UTC+04:00)

ABŞ-ın Nyu-York şəhərində keçirilən etiraz aksiyası zamanı 200-dən artıq etirazçı polislər tərəfindən saxlanılıb.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu brifinq zamanı Nyu-York polisinin rəhbəri Dermot Şi deyib.

Onun sözlərinə görə, etiraz aksiyasında təxminən 3 min nəfər iştirak edib. D.Şi bildirib ki, şəhərin Bruklin rayonunda etirazçılar polis əməkdaşlarına Molotov kokteylləri atıblar.

Qeyd edək ki, etiraz aksiyaları ABŞ-ın müxtəlif yerlərində Minneapolis şəhərində (Minnesota ştatı) afroamerikalı Corc Floydun ölümündən sonra başlayıb.