Türkiyədə daha 25 nəfər koronavirusun qurbanı oldu

1 İyun 2020 02:18 (UTC+04:00)

Türkiyədə son sutka ərzində 839 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 25 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4 540, yoluxanlar isə 163 min 942 nəfərə çatıb.

Türkiyədə indiyədək 127 min 973 xəstə sağalaraq evə buraxılıb.