Nazirdən dəhşətli açıqlama: “Qamçı zərbələri yedim”

1 İyun 2020 14:59 (UTC+04:00)

Koronavirusdan “son dəqiqə qolu”nu yeyəcəyik.

Publika.az xəbər verir ki, bu sözləri İranın Səhiyyə naziri Səid Nəməki deyib.

Nazir bildirib ki, İranda bir çox vətəndaş və hökumət üzvü COVID-19-u ciddi qəbul etmir: “Bəziləri hətta İranda koronavirus pandemiyasının başa çatdığını düşünür. İki gün əvvəl Məşhəd şəhərinə getdim. Sosial məsafəyə diqqət olunmur, maska taxılmırdı. 3 aydır əlləşirik. Gördüyüm mənzərə çox üzücü idi. Ruhuma qamçı zərbələri yemiş kimi oldum”.

Son rəqəmlərə görə, İranda 7 min 797 nəfər koronavirusdan ölüb, 151 min 466 nəfər infeksiyaya yoluxub.

Zümrüd