Türkiyədə hərbi maşın AŞDI - 2 ölü, 6 yaralı

2 İyun 2020 01:50 (UTC+04:00)

Doğanköydə baza bölgəsində operativ xidmət göstərən əsgərlərin növbə dəyişdirilməsi üçün yola çıxan zirehli avtomobil nəzarətdən çıxaraq qəzaya uğrayıb.

Publika.az AA-ya istinadla xəbər verir ki, qəza nəticəsində yaralanan 8 əsgər helekopter vasitəsilə Siirt Dövlət Xəstəxanasına aparılıb.

Onlardan ikisinin həyatını xilas etmək olmayıb.

Siirt valisi, bələdiyyə sədrinin müavini Ali Fuat Atik xəstəxanaya gedərək əsgərlərin vəziyyətləri ilə maraqlanıb.

Açıqlama verən vali qəza zamanı iki əsgərin şəhid olduğunu deyib:

"Millətimizin başı sağolsun. Ailələrinə və millətimizə başsağlığı verirəm. 6 yaralı var. Onların vəziyyəti yaxşıdır".