Koronavirusdan ölənlərin sayı 371 mini keçdi - ÜST

2 İyun 2020 07:14 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 123 min artıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 1-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 122 917 nəfər koronavirusa yoluxub, 4 000 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 6 057 853, ölənlərin isə 371 166 nəfərə çatıb.