Amerikaya köçən məşhur reper: “Kütləvi iğtişaşlar var”

3 İyun 2020 11:58 (UTC+04:00)

Ailəsi ilə birlikdə bir neçə il əvvəl Amerikaya köçən azərbaycanlı reper Elmir Məhərrəmov ordakı vəziyyət barədə məlumat verib.

Publika.az xəbər verir ki, “Dəyirman” qrupunun eks üzvü ciddi təhlükə ilə qarşı-qarşıya olmadığını bildirib:

“Çox adam narahatdır, yazır, zəng edir. Bizdə hər şey yaxşıdır, halbuki mərkəzdə bəzi yerlərdə kütləvi iğtişaşlar var. Allaha şükür ki, biz tərəflərdə salamatçılıqdır. Buna baxmayaraq 1 həftəlik komendant saatı elan olunub”.