UEFA məşhur Türkiyə klubunu cəzalandırdı

4 İyun 2020 00:51 (UTC+04:00)

UEFA Türkiyənin "Trabzonspor" klubunun beynəlxalq yarışlardan kənarlaşdırılmasına qərar verib.

Publika.az xəbər verir ki, cəzanın müddəti 1 illikdir. UEFA Trabzon klubunun maliyyə qaydalarını pozduğunu bildirib.

Komanda 2020/2021 və ya 2021/2022 mövsümlərindən birində UEFA-nın bayrağı altında keçirilən turnirlərə qatıla bilməyəcək.