Azərbaycanda dəmir yolu stansiyaları ilə bağlı YENİLİK

3 İyun 2020 22:10 (UTC+04:00)

3 iyun – Ümumdünya Velosiped Günüdür. Ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Publika.az-a bildirilib ki, hər kəs öz velosipedini belə dayanacaqlarda ödənişsiz park edə bilər: "Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur".