Bakıda marşrut avtobusu yandı

3 İyun 2020 23:55 (UTC+04:00)

Bakı şəhərinin Sabunçu rayonunda “Temsa” markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.