Paytaxt klubundan yeni transferlər üçün 100 milyon

4 İyun 2020 04:51 (UTC+04:00)

“Çelsi” yay transfer dönəmində heyəti gücləndirməkdə israrlıdır.

Publika.az xəbər verir ki, klub rəhbərliyi yeni futbolçuların transferi üçün baş məşqçi Frenk Lemparda 100 milyon avro ayırmağı planlaşdırır. “

Təqaüdçülər”in transfer hədəfi də bəllidir. “Çelsi” Dortmund “Borussiya”sının hücumameyilli futbolçusu Ceydon Sanconu almaq istəyir.

“Lester”li Bena Çilvella da əsas tarnsfer hədəfidir. Məlumata görə, bu transferlərdən hər hansı biri alınmasa, “Çelsi” Timo Verner uğrunda “Liverpul”la mübarizəyə qoşulacaq.