Bakıda kişi arvadını BIÇAQLADI

5 İyun 2020 03:11 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbə verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Babayeva Günel Nazim qızı əri tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qarnın və döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. / Report.az