Türkiyə ordusu ŞƏHİD VERDİ

6 İyun 2020 01:50 (UTC+04:00)

Türkiyə ordusu İdlibdə şəhid verib.

Publika.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 5-də İdlibdə zirehli təcili tibbi yardım avtomobilinə hücum edilib:

"Hücum nəticəsində 1 əsgərimiz şəhid olub, 2-si yaralanıb. Bölgədə aşkar olunan hədəflər tərəfimizdən dərhal atəşə tutulub və lazımi cavab verilib. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik".