OPEK ölkələri razılığa gəldilər

6 İyun 2020 21:16 (UTC+04:00)

Neft ixrac edən ölkələr təşkilatı (OPEK) iyulun sonuna qədər hasilatın səviyyəsini qoruyub saxlamaq barədə qərara gəlib.

Publika.az "RİA Novosti”yə istinadla xəbər verir ki, sutkalıq hasilat həcminin 9,7 milyon barel həcmində azaldılması haqqında razılıq qüvvəsində qalıb.

Qeyd olunur ki, razılaşmaya tələb olunan səviyyədə əməl etməmiş ölkələr iyul-sentyabr aylarında geriliyi aradan qaldırmalıdırlar.

OPEK üzvlərinin görüşündən sonra OPEK+ nazirlərinin görüşünün keçirilməsi planlaşdırılır.