Türkiyədə yer titrədi

7 İyun 2020 02:52 (UTC+04:00)

Türkiyənin Sivas vilayətinin Divriği rayonunda yeraltı təkanlar qeydə alınıb.

Publika.az "CNN Türk"ə istinadla xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

Bildirilib ki, gecə 23:00 radələrində 3.8 bal gücündə zəlzələ qeydə alınıb. Təkanlar yerin 13 km dərinliyində baş verib

İlkin məlumata görə dağıntı və insan itkisi qeydə alınmayıb.